Yazını böyüt
Yazını kiçilt
Elza Seyidcahan ailəsində xoş günlə bağlı paylaşım edib.
Hafta.az xəbər verir ki, Əməkdar artist sosial şəbəkə hesabında nəvəsi İsa Səmralın ad günü olduğunu bildirib və onu təbrik edib:
“İsa Səmral balamızın doğum günü mübarəkdir. Atalı-analı, bəxtəvər, xoşbəxt, hörmətli, sağlam, sevincli, imanlı uzun ömür arzulayırıq”.
Paylaşılan fotoda E.Seyidcahan digər nəvəsi Səmərrux da yer alıb. Hər iki uşaq Elza Seyidcahanın qızı Gülşənin övladlarıdır.

